AZ

Şimali Koreya əsgərləri Kursk vilayətində Ukrayna Silahlı Qüvvələri ilə toqquşmada ilk itkilərini veriblər

Şimali Koreyadan olan hərbi qulluqçular Rusiya Federasiyasının Kursk vilayətində Ukrayna Silahlı Qüvvələri ilə toqquşma zamanı ilk itkilərini veriblər.

Editor.az bildirir ki, bu barədə noyabrın 5-də “The New York Times” Ukrayna və Amerikanın yüksək rütbəli rəsmilərinə istinadən məlumat yayıb. Anonim həmsöhbətlərin sözlərinə görə, Şimali Koreya hərbçiləri Rusiya Silahlı Qüvvələrinin 810-cu əlahiddə dəniz piyada briqadası ilə birlikdə döyüşüblər.

Onların vəzifəsi Ukrayna müdafiəsinin zəif nöqtələrini müəyyən etmək olub. Toqquşmanın dəqiq nə vaxt baş verdiyi məlum deyil. Lakin amerikalı həmsöhbət qeyd edib ki, döyüş zamanı “xeyli sayda” Şimali Koreya əsgəri həlak olub. Ukrayna rəsmisi itkilər barədə ətraflı məlumat verməyib.

NYT-nin məlumatına görə, Kursk bölgəsinə köçürülən Şimali Koreya qoşunlarının əksəriyyəti hələ döyüşə girməyib. Mənbələrin fikrincə, onlardan yaxın günlərdə istifadə oluna bilər.

//Samir Qurbanov, Editor.az

Seçilən
28
50
editor.az

10Mənbələr