Macarıstanın xarici işlər naziri Peter Siyarto hesab edir ki, Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi Ukrayna münaqişəsinin sülh yolu ilə həlli şansını artırır.
NOCOMMENT.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
“Təxminən min gündən sonra nəhayət Ukraynada sülhün yenidən hökm sürməsi şansı həmişəkindən daha çoxdur”, – deyə o vurğulayıb.
O qeyd edib ki, amerikalı seçicilərin qərarı nəticəsində Macarıstan-Amerika siyasi əməkdaşlığının normallaşacağına ümid yaranıb.
Nazirin sözlərinə görə, Trampın birinci prezidentliyi dövründə iki ölkə arasında münasibətlər pik həddə olub.