AZ

Qəbul imtahanında uğur qazanmaq üçün 10 strategiya

Qəbul  imtahanları  artıq  yaxınlaşır. Mütəxəssislər bildirirlər ki, imtahana yaxşı hazırlaşmaq qədər, imtahan zamanı tətbiq ediləcək strategiya və metodlar da nəticəyə təsir göstərir.

Abituriyentlər üçün mütəxəssislər tərəfindən  sıralanan  imtahan zamanı tətbiq edilməli 10 strategiyanı təqdim edir.

Əvvəlcə sualları yaxşı-yaxşı oxuyun:

1- Qəbul imtahanına  hazırlıq zamanı  ilk hansı  fənləri oxuyur,testlərini həll edirdinizsə imtahan zamanı da eyni fənnin suallarından başlayın.Fərqli bir dərsə aid testdən başlayacağınız təqdirdə istər-istəməz strategiya və zaman problemi yaşaya bilərsiniz.Bu səbəblə  imtahana hazırlaşmağa  daha çox  hansı fənndən başlayırdınızsa imtahanda da eyni fənndən başlamağınız imtahan stressinizi azaldır.

2- Gündəlik dərslərinizdə, sınaqlarınızda və həqiqi imtahanlarda sualların köklərini yaxşı oxuyun (bu deyil, ola bilməz, mamalıdır və s.). Bu tip suallarda qeyd olunan sizi çaşdıra biləcək söz və şəkilçilərin altından xətt çəkərək sualı doğru anlamaq üçün yenidən oxuyun.

3- Uzun abzaslı suallardan qorxmayın və qərəzli yanaşmayın, çünki bu tip sualları həll etmək daha asandır. Bu kimi sualların cavabları mətndə gizli olur.

Çətinlik çəkdiyiniz suallarda vaxt itirməyin:

4- Riyazi misalları mütləq kitabça yaxud bir vərəqiin üzərində həll edin.Bu tip  misalları  kitabça üzərində həll etməyiniz səhvləri  minimuma  endirəcək.

5- Unutmayın, eyni  fənnin  testlərindəki sualların çətinliyi və asanlığı bal toplamaqda təsirli deyil, hamısı eyni bala sahibdir. Belə bir vəziyyətdə, imtahan zamanı son dərəcə çətin hesab etdiyiniz bir suala lazım olduğundan çox vaxt sərf etməyin mənası yoxdur. İmtahanlarda vaxt məhdudiyyəti olmasaydı hər kəs uğur qazanardı. Buna görə imtahan zamanı həll edə bilməyəcəyiniz suallarla  ilişib qalmağa ehtiyac yoxdur. Cavabını tapa bilmədiyiniz sualı işarələyin və digərlərinə keçin.

6- İmtahan müddətində həm zamana qənaət etmək, həm də narahatlığı azaltmaq üçün gəzinti texnikasından istifadə etmək lazımdır. İmtahan müddəti başlayanda sualların yüzdə 80-i müddətin ilk yarısında çox asanlıqla həll edilə bilər. İkinci yarıda isə , boş qalan suallara vaxt ayırmaqla testi başa çatdırmaq mümkündür.

Bir  fənnin testlərini bitirib digərinə keçərkən kiçik bir fasilə verməyiniz məsləhətdir:

7- İmtahan zamanı diqqətiniz çox dağılırsa, bu zaman sizi rahatladacaq və diqqətinizi toplamağa kömək edəcək hər hansı bir əşyada fikrinizi cəmləşdirməyə çalışın.Fənnlər üzrə testlər arasında bir dəqiqəlik fasilə edə bilərsiniz. Fasilələrinizi vaxt itkisi kimi qəbul etməyin. Qısa fasilələr diqqətinizi cəmləşdirmək üçün faydalı ola bilər.

8- Hər abituriyentin bənzərsiz bir optik kodlaşdırma üsulu var. Məsələn bəziləri hər sualdan, bəziləri hər səhifədən,bəziləri isə  hər testdən sonra və ya bütün testlər bitdikdən sonra kodlaşdırma aparır. Bunlardan birindən başqa hamısı istifadə edilə bilər. Lakin testlərin bütün sualları bitdikdən sonra kod yazmağa çalışmayın. Çünki imtahanın yükunlaşmasına az vaxt qaldığı üçün, bütün sualların cavablarını qeyd edə bilməcək və səhvlərə yol verəcəksiniz.

İmtahanda sizə verilən vaxtı son dəqiqəsinə kimi dəyərləndirin:

9- Bəzən abituriyentlər imtahan bitdikdən sonra cavabları  son dəfə nəzərdən keçirərkən  iki variant arasında qaldıqları  suallarda ilk seçdiyi cavabı  dəyişdirirlər. Belə hallarda, çox güclü səbəbləriniz olmadıqca (həll üsulunun səhv olması, sualları səhv oxumaq istisna olmaqla), cavab seçimini dəyişdirməyin. İmtahanda ağla gələn ilk seçimin dəqiqlik nisbəti hər zaman yüzdə 80-dir.

10- İmtahanınız erkən bitsə də, bütün cavabları yoxlamadan və boş qoyduğunuz suallara baxmadan salondan çıxmayın. İmtahan vaxtını son dəqiqəyə qədər qiymətləndirin.

Seçilən
15
tehsil.biz

1Mənbələr