AZ

Makron Trampı təbrik etsə də, təşviş içindədir

"Fransa Prezidenti Emmanuel Makron Donald Trampı ABŞ Prezidenti seçilməsi münasibətilə ilk təbrik edənlərdən olsa da, təşviş içindədir".

Musavat.com bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu facebook sosial şəbəkəsində yazıb. 

Politoloq qeyd edir ki, Trampın prezident seçildiyi xəbəri təsdiqləndikdən dərhal sonra Makron Almaniya kansleri Olaf Şoltsa zəng edib. Makron Şoltsla yeni durumu müzakirə edərkən “suveren Avropa” ideyasının reallaşdırılması vacibliyindən danışıb:.

"Yəni, Makronun məntiqinə görə, Avropa ABŞ-ın siyasi, iqtisadi və hərbi asılılığından qurtulmalıdır. “The Financial Times” dərgisinə görə, Avropa İttifaqının bir qisim məmuru da Trampın qələbəsindən qorxuya düşüb. Bu əsassız deyil. Tramp böyük ehtimalla keçmiş prezidentlik dövründəki Avropaya ünvanladığı tələbi təkrarlayacaq: “Təhlükəsizliyinizə yönəlik xərclərinizi artırın, ABŞ sizin yükünüzü daşımayacaq”.

Makrona gəldikdə, Parisin “suveren Avropa” ideyası yeni deyil. Bunu Fransanın keçmişdəki liderləri də reallaşdırmaq istəyiblər, ancaq heç bir nəticə əldə etməyiblər. Çünki Fransadan başqa digər Avropa dövləti “suveren Avropa” ideyasına inanmır. ABŞ olmasaydı, Avropanın az qala mərkəzində - Bosniyada müharibəni dayandırmaq mümkün olmayacaqdı. Elə Ukraynaya ən böyük maliyyə və hərbi dəstək “suveren Avropadan” deyil, ABŞ-dan gəlib".

 

Xalidə Gəray
Musavat.com

Seçilən
25
7
musavat.com

5Mənbələr