AZ

Azərbaycanda 30 qəpiyə düşən meyvənin faydaları - HƏKİM AÇIQLADI

Mövsümü olduğu üçün hazırda bazarlarda xurma qiymətlərində ucuzluq müşahidə olunur. Kiloqramı 30 qəpiyə düşən bu məhsulun bir çox xəstəliyə faydalı olduğu iddia olunur.

News24.az xəbər verir ki, mövzunu "Yeni Sabah"a şərh edən təbii üsullarla müalicə üzrə mütəxəssis, həkim Seyfəddin Əsəd bildirib ki, xurmanın qiymətinin aşağı düşməsinin səbəbini deyib:

"Rusiya-Ukrayna müharibəsi bu sektora da öz təsirini göstərib. Məlumdur ki, yerli istehsalçılarımız bu kimi meyvələri xarici ölkələrə ixrac edirlər. Lakin mövcud şərait hazırda buna imkan vermir. Müəyyən maneələr səbəbindən bazarda sıxlıq yarandığı üçün xurmanın da qiyməti ucuzlaşmış olmalıdır. Xurmanın ən bahalı olduğu dönəmlər "Çernobil" müharibəsi vaxtları idi. Çünki bu meyvə radiasiyaya olduqca güclü təsir göstərir. Radiasiyaya məruz qalan şəxslərə daha faydalı sayılan bir məhsuldur".

Bu meyvə qanda şəkəri salır Həkim sözügedən məhsulun faydalarından bəhs edərkən deyib:

"Bağ xurması çox faydalı və qiymətli bir meyvədir. Tərkibində təbii yod və qiymətli element, vitaminlər ehtiva edir. Xurma immuniteti qaldırır, qaraciyərin fəaliyyətini yaxşılaşdırır və ürək-qan-damar sistemi üçün gözəl effekt verir. Həmçinin, xurmanın tərkibində olan yodun da faydaları tükənməzdir. Yod saçdan dırnağa qədər hər bir şeyə faydalıdır. 

Kimdə yod artıqlığı və qəbzlik varsa, həmin şəxslərə bu meyvəni yemək tövsiyə edilmir". 

Seçilən
6
1
news24.az

2Mənbələr