AZ

İspaniya polisi rekord miqdarda kokain müsadirə edib

İspaniya polisi ölkədə rekord miqdarda – 13 ton kokain müsadirə edib.

Narkotik Ekvadordan gələn gəmidə banan olan konteynerdə tapılıb. Əməliyyat oktyabrın 14-də ölkənin cənubundakı Algeciras limanında keçirilib, lakin polis bu barədə yalnız indi məlumat verib.

Narkotiklərlə Mübarizə Mərkəzi Briqadasının rəhbəri Antonio Jesus Martinez mətbuat konfransında deyib ki, kokain təkcə İspaniyada deyil, digər Avropa ölkələrində də satış üçün nəzərdə tutulub. Bildirilir ki, Ekvador səlahiyyətliləri ölkəyə böyük bir narkotik partiyasının yollandığını bildirdikdən sonra İspaniya polisi diqqəti yükə yönəldib. Əməliyyat zamanı yükü qəbul etməli olan şirkət əməkdaşı saxlanılıb. Algeciras Avropa konteyner terminalları arasında dördüncü yerdədir. İspaniyanın əvvəlki rekord kokain müsadirəsi də limanda baş verib və keçən il oradan 9,4 ton narkotik ələ keçirilib.

//Samir Qurbanov, Editor.az

Seçilən
19
editor.az

1Mənbələr