AZ

Tramp məndən soruşdu ki… - Mişa tarixi qarışdırdı

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Donald Trampın ABŞ prezidentliyinə namizədliyi ilə bağlı onun fikrini necə soruşduğundan bəhs edib.

Axar.az xəbər verir ki, bu barədə Saakaşvili sosial şəbəkə hesabında yazıb.

“2013-cü ildə, artıq prezidentliyimdən sonra, mən Nyu Yorkda idim, Maykl Koen mənə zəng edərək, Donaldın danışmaq istədiyini dedi və telefonu ona verdi. O soruşdu ki, hardasan? Dedim Nyu Yorkdayam, istəyərsənsə, gəl, görüşək. O, mənə söz verdi ki, Uilyamsburqda məni ziyarət edəcək və yeri gəlmişkən məndən soruşdu ki, Mişa, mənim yenidən prezidentliyə namizədliyimi irəli sürməyim haqda nə düşünürsən? Cavab verdim: Siz mənim bu məsələ ilə bağlı fikrimi bilirsiniz, biz artıq dəfələrlə danışmışıq, təbii, hesab edirəm ki, sizin çox yaxşı şansınız var. Cavab verdi: Bildiyimə görə, ətrafımda heç kim şansım olduğuna inanmır. Mən onu ruhlandırdım və dedim: Onlara inanma. Sonra o, Maykla dedi, görürsən, mən sənə dedim, Mişa da deyir ki, mənim şansım var”, - Mixail Saakaşvili vurğulayıb.

Yeri gəlmişkən qeyd edək ki, Tramp 2016-cı ildə namizəd olub və qalib gəlib, 2020-ci ildə isə seçkidə uduzub. Ona görə də Saakaşvilinin 2013-cü il əhvalatı və Trampın “yenidən namizədliyimi irəli sürməyimə necə baxırsan” soruşması əlavə aydınlatma istəyir.

Seçilən
16
axar.az

1Mənbələr