AZ

“Mançester Siti” keçmiş futbolçusuna təzminat ödəyəcək

“Mançester Siti” “şəhərlilər”in fransalı keçmiş müdafiəçisi Benjamen Mendiyə 11 milyon funt-sterlinq məbləğində təzmnat ödəyəcək.

Arena.az bu barədə Mançester Əmək Tribunalının rəsmi saytına istinadən məlumat verir.

Hazırda Fransa Liqa 2 təmsilçisi “Loryan”da çıxış edən Mendi, keçmiş klubuna qarşı qaldırdığı məhkəmə iddiasını qazanıb. Məhkəmə Mendinin iddiasını təmin edərək, “şəhərlilər”i fransalı futbolçuya vergidən əvvəl təxminən 11 milyon funt-sterlinq məbləğində təzminat haqqı ödəməyə mükəlləf edib.

Məhkəmənin Mendinin xeyrinə çıxardığı hökm o deməkdir ki, fransalı futbolçu iddianın əhatə etdiyi 22 aylıq müddət ərzində təxminən 5 ay həbsdə qaldığı üçün, bu məbləğin böyük hissəsini almaq hüququna malik olacaq. Dəqiq məbləğ maraqlı tərəflər tərəfindən razılaşdırılmalıdır. Əgər tərəflər razılıq əldə edə bilməsələr, məhkəmə gələcəkdə dinləmələr təyin edərək, müvafiq məbləği müəyyən edəcək.

Xatırladaq ki, futbolçunun 2021-ci ildə yenidən həbs edilməsindən sonra, “Mançester Siti” Mendinin öz işinin öhdəsindən gələ bilmədiyini əsas gətirərək, futbolçuya ayda 500 min funt-sterlinq məbləğində maaş ödənilməsini dayandırıb.

2023-cü ildə Mendi ona qarşı irəli sürülmüş bütün ittihamlardan bəraət alıb və “Mançester Siti”yə qarşı iddia qaldırıb.

Mendi məhkəmə xərclərini, hesabları və öhdəsində olan nəfəqə haqqını ödəmək üçün malikanəsini 4 milyon funt-sterlinq məbləğində satmaq məcburiyyətində qaldığını bildirib. Keçmiş komanda yoldaşları Rahim Sterlinq, Bernardo Silva və Riyad Mahrez, Mançester klubu maaş verməyi dayandırdıqda Benjamen Mendiyə əl tutaraq, maddi yardım göstəriblər.

Seçilən
49
46
arena.az

10Mənbələr