AZ

Tələbələr niyə yoga ilə məşğul olmalıdırlar?

Hər kəs tələbə olmağın çətinliklərini bilir. İmtahanlar, əlavə görülən işlər, dərslər, ailəvi məsuliyyətlər və s. Bəs bu qədər qarışıqlığın gətirdiyi stressi necə həll etmək və daha hüzurlu həyat yaşamaq olar? Son zamanlarda da çox yayılmış yoqa, tələbələr üçün də olduqca faydalıdır.

1. Stressi azaltmaq və yox etməkBir çox insanın yoqa etməsinin ən əsas səbəbi stressi azaltmaqdır. Universitet tələbələri dərsə başladıqları gündən bəri böyük stress altında olurlar. Stressi azaltmaq isə zehni açaraq, özgüvəni artırır. Bir çox tələbə yoqanın duyğuları kontrol etməyə kömək etdiyini və gərginlik yaradan vəziyyətlərin öhdəsindən daha rahat gəlməyə başladıqlarını deyir.

2. Konsentrasiyanı artırmaqYoqa ilə məşğul olan tələbələr bir işə daha asan fokuslana bilirlər. Yoqa zehnin açılmasına və inkişaf etməsinə səbəb olur. Beynin sakitləşməsi onun düşünmək qabiliyyətini yaxşılaşdırır.

3. Bədən quruluşunu düzəltməkYoqa ilk dəfə hindlilər tərəfindən uzun meditasiya saatları zamanı daha rahat oturmaq üçün yaradıldı. Universitet tələbələri də saatlarla oturub dərsə qulaq asdıqları üçün, yoqa qaməti düzəltmək üçün ən effektiv üsullardan biridir.

4. Mübahisələri azaltmaqBildiyiniz kimi yoqa, insanın hər mənada sakitləşməsinə kömək olur. Əgər sizin də dostlarınız, ailəniz və ya ev yoldaşlarınızla mübahisələriniz olursa, daha sakit biri olaraq bu mübahisələrdən yayına bilər və özünüzü daha asan kontrol etməyə qadir ola bilərsiniz.

5. Bədənin üst hissəsini gücləndirməkYoqanın ən yaxşı üstünlüklərindən biri də insana elastiklik qazandırmasıdır. Bu xüsusiyyət sizə digər idman sahələrində güc və dayanıqlılıq qatır. Yoqa sayəsində bədəninizin üst hissəsi güclənir və ağır əşyaları götürmək üçün belinizə düşən güc miqdarı azalır.

Seçilən
33
tehsil.biz

1Mənbələr