AZ

Türk dövlətlərinin xatirə sikkəsi satışa çıxarılır

Türk dövlətlərinin xatirə sikkəsi satışa çıxarılır. "Operativ Media"ya xəbər verir ki, bu barədə Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən sikkə cəmi 5000 ədəddir.

Satış saytında məhsulun alış limiti olduğu bildirilib.

Sikkənin qiyməti 900 TL (45 AZN) təşkil edir. Məhsulu almaq istəyənlər Türkiyə Xəzinə və Maliyyə Nazirliyinin saytındakı müvafiq bölmədə qeydiyyatdan keçməli və sifariş verməlidirlər.

Xatirə sikkəsinin 07.11.2024 və 07.11.2026-cı illərdə tədavüldə olacağı bildirilir.

Qeyd edək ki, sikkələrin üzərində "Dildə, fikirdə, işdə birlik" sözləri qeyd olunub.

Seçilən
30
6
azpolitika.info

8Mənbələr