ABŞ prezident seçkilərində qalib gələn Donald Tramp övladlarını yenidən öz administrasiyasındakı vəzifələrə təyin etməyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.
“Tramp bildirib ki, qızı İvanka Tramp və kürəkəni Jared Kuşner bu dəfə əsas məsləhətçi olmayacaqlar. O, övladlarını yeni administrasiyasına daxil etməyəcək ”- məlumatda deyilir.
Yeni seçilmiş liderin sözlərinə görə, övladlarının dövlət vəzifələrində işləməsi ailəsi üçün ağrılı təcrübə olub.
Müəllif: Arzu