"Mançester Siti"nin hücumçusu Erlinq Haaland komandasının son uğursuzluğunu şərh edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə norveçli forvard sosial media hesabnda yazıb.
"Dünən gecədən çıxmaq üçün yalnız bir yol var - daha çox çalışın və döyüşərək geri qayıdın".
Çərşənbə axşamı "şəhərlilər" Çempionlar Liqası matçında "Sportinq"ə uduzub (1:4). 69-cu dəqiqədə hesab 3:1 meydan sahiblərinin xeyrinə olarkən norveçli penaltini yerinə yetirə bilməyib.
“Mançester Siti” üçün “Sportinq”dən məğlubiyyət bütün turnirlərdə ardıcıl üçüncü olub. Bundan əvvəl Pep Qvardiolanın komandası Premyer Liqada "Bornmut"a (1:2), İngiltərə Liqa Kubokunda "Tottenhem"ə (1:2) uduzmuşdu.