“Football-plus.az” xəbər verir ki, “Bude/Qlimt”inbaş məşqçisi Hyetil Knutsen matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Onlar turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıblar. Buna fikir verməməli və sabahkı görüşdə hər şeyə hazır olmalıyıq. Avrokuboklarda hər görüş çətin keçir. "Qarabağ"ın da güclü və zəif tərəfləri var. 11 nəfərlə çox yaxşı mübarizə aparırdılar. "Qarabağ" azlıqda qaldıqdan sonra məğlub oldu”.
Qeyd edək ki, Avropa Liqasının əsas mərhələsinin 4-cü turunun "Bude/Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.