AZ

Tramp bu dəfə övladlarına vəzifə verməyəcək - SƏBƏB

ABŞ-də keçirilən prezident seçkilərində qalib olan Donald Tramp övladlarını yeni administrasiya altında vəzifələrə təyin etməyəcəyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.

Tramp bunu əvvəlki təcrübələrin ailəsi üçün çox ağrılı olduğu ilə əlaqələndirib.

Qeyd edək ki,Trampın ilk prezidentlik dövründə qızı İvanka və kürəkəni Jared Kuşner əsas müşavir kimi fəaliyyət göstəriblər.
 

Xatırladaq ki, ABŞ-də keçirilən prezident seçkilərində Donald Tramp qalib gəlmək üçün tələb olunandan daha çox səs (277) toplayıb.


Trampın rəqibi, Demokratlar partiyasının namizədi Kamala Harris səslərin 226-nı qazanıb. Seçkilərdə qalib olmaq üçün isə 538 müşavirdən 270-nin səsini toplamaq kifayətdir.

Bizim.Media

Seçilən
34
50
bizim.media

10Mənbələr