"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu Çempionlar Liqasında "Arsenal" ilə matçda fasiləyə az qalmış penalti zərbəsini qola çevirib.
90deqiqe.Az-ın “Opta”ya istinadən məlumatına görə, 30 yaşlı türk futbolçu 2021-ci ildə "İnter"ə keçdikdən sonra 19 penaltinin hamısını dəqiq yerinə yetirib.
Bu, ilk 5 liqada sınaqlarının 100%-ni tamamlayan bütün oyunçular arasında verilən dövrdə ən yüksək göstəricidir.
Hakan Çalhanoğlu 2021/22 mövsümü başlamazdan əvvəl azad agent kimi "neradzurri"nin heyətinə qatılıb. Əvvəllər yarımmüdafiəçi "Milan"ın rənglərini təmsil edib.