1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Puerto-Rikonun statusu ilə bağlı referendumda iştirak edənlərin əksəriyyəti adanın ABŞ-yə ştat kimi daxil edilməsinin tərəfdarlarıdır.
Oxu.Az xəbər verir ki, bu barədə yerli "Nuevo Dia" qəzeti məlumat yayıb.
Müvafiq ideyanı seçicilərin 56%-dən çoxunun dəstəklədiyi qeyd edilir.
Seçicilərin 30%-dən çoxu ABŞ ilə əlaqəli adanın tam müstəqilliyini dəstəkləyib. Digər 12% isə ölkənin mövcud statusunu saxlamağı düzgün hesab edir.
Qeyd edək ki, ada 1898-ci ildə İspan-Amerika müharibəsindən sonra ABŞ-nin nəzarətinə keçib.