AZ

Regional satış təmsilçisi - VAKANSİYA

"Norm" ASC, Regional satış təmsilçisi vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Tələblər: 

  • İqtisadiyyat, Marketinq ixtisası və ya əlaqədar sahədə ali təhsil 
  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi
  • Sement İstehsalı, bazarın araşdırılması, sənaye standartları barədə biliklər
  • Əsas məliyyə göstəriciləri və əmsalları haqqında dərin biliklər
  • Orta səviyyədə İngilis və Rus dili biliyi;
  • MS Office komputer proqramı üzrə bacarıqlar.

Əsas vəzifə və öhdəliklər:

  • Korporativ müştərilər, pərakəndə satıcılar və distribütorlarla müntəzəm olaraq əlaqələrin saxlanması
  • Korporativ müştərilər, pərakəndə satıcılar və distribütorların biznes fəaliyyətinin monitorinqi
  • Müştərilər, pərakəndə satıcılarla müqavilələrin monitorinqi
  • Müştəri kreditlərinin,pərakəndə satıcılarla bağlı risklərin monitorinqi və məlumatın əldə edilməsi
  • Bazar araşdırmaları üzrə məlumatların toplanması və hesabat verilməsi
  • Məhsullar və xidmətlərin səviyyəsi barədə müntəzəm olaraq rəylərin toplanması
  • Bazarın monitorinqi və yeni pərakəndə satıcılar, distribütorlar və müştərilərin cəlb olunması
  • Müştərilərin, pərakəndə satıcılar və distribütorların diversifikasiyası vasitəsilə risklərin aradan qaldırılması
  • Korporativ və potensial müştərilərə yeni məhsullarla bağlı məlumatların verilməsi və həll yollarının bildirilməsi
  • NORM-un uğurları və əsas hədəfləri barədə cari və potensial müştərilərin məlumatlandırılması
  • Müştəri şikayətlərinin vaxtında TMS Pro proqramına daxil edilməsi

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.

Zemfira Ms
Fins.az

Seçilən
30
fins.az

1Mənbələr