AZ

İngiltərə Premyer Liqasında ən çox maaş alan futbolçular

İxtisaslaşdırılmış “Spotrac” saytı İngiltərə Premyer Liqası oyunçularının illik maaşlarını dərc edib.

Publika.az xəbər verir ki, ən çox maaş alan futbolçu “Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi Kevin De Bruynedir. O, ildə 24,79 milyon avro qazanır. Belçikalı yarımmüdafiənin klubu ilə müqaviləsi cari mövsümün sonunda başa çatır.

“Siti”nin norveçli hücumçusu Erlinq Haaland 23,24 milyon avro maaşla Kevin De Bruynedən bir qədər geri qalır.

“Mançester Yunayted”də çıxış edən braziliyalı Kasemiro və “Liverpul”dan misirli Salah hərəyə 21,69 milyon avro məvacib alır.

Seçilən
28
publika.az

1Mənbələr