AZ

Valideynlərə övladlarının gündəliyinə baxmaq qadağan edildi

Hollandiyada bir məktəb şagird stresini azaltmaq üçün valideynlərə bir semestr ərzində uşaqlarının qiymətlərinə proqramda baxmağı qadağan edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, onlar hər bir nəticənin paylaşılmasının şagirdlərə əlavə təzyiq göstərdiyini üzə çıxaran araşdırmadan sonra belə bir təcrübə keçirməyə qərar veriblər.

Məktəbin iqtisadiyyat müəllimi Stein Eittenboqaard 500 şagird arasında sorğu keçirib və müəyyən edib ki, valideynlər qiymətləri mütəmadi olaraq yoxlayanda uşaqlar streslərini 5 ballıq sistemdə 2,7 olaraq qiymətləndirilir. Qiymətləri daim yoxlamayanların stress səviyyəsi isə 2 bal olaraq dəyərləndirilib.

Valideynlərin 95%-i eksperiment keçirməyə razılıq verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
57
10
milli.az

10Mənbələr