AZ

Trampın andiçmə mərasimindən əvvəl Ukraynaya 6 milyard dollar yardım ediləcək

ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası Ukraynaya yardım üçün qalan 6 milyard dolları “təcili olaraq” göndərməyi planlaşdırır. Onlar bunu 2025-ci il yanvarın 20-də Donald Trampın andiçmə mərasimindən əvvəl etmək istəyirlər.

Bu barədə “X” sosial şəbəkəsində “Politico”nun milli təhlükəsizlik üzrə müxbiri Cek Deç məlumat yayıb.

“Co Bayden administrasiyası “təcili olaraq” Donald Trampın andiçmə mərasimindən əvvəl Ukraynada təhlükəsizliyi dəstəkləmək üçün qalan son 6 milyard dolları göndərməyi planlaşdırır”, – jurnalist bildirib.

Onun sözlərinə görə, Ağ Ev belə bir addım atmağa qərar verib, çünki Tramp vəzifəyə gəldikdən sonra Ukraynaya silah tədarükü dayandırıla bilər.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri çərşənbə axşamı, noyabrın 5-də keçirilib. Demokratlar Partiyasından Kamala Harris və Respublikaçılar Partiyasından Donald Tramp Ağ Evin rəhbəri postu uğrunda mübarizə aparırdılar.

Tramp 277 səslə seçkilərdə qalib gəlib. Bu nəticə ABŞ prezidenti olmaq üçün kifayətdir.

Oxuməni.az

Seçilən
26
oxumeni.az

1Mənbələr