ABŞ prezidenti Co Bayden ilk dəfə Amerika seçkiləri və vitse-prezident Kamala Harrisin məğlubiyyətini şərh edib. Onun sözlərinə görə, o, seçki yarışına qeyri-adi şəraitdə çıxıb.
Bayden deyib ki, Amerika 6 noyabrda tanıdığı və dərin heyran olduğu Harrisi görüb. Prezident onun dürüstlük, cəsarət və xarakterlə dolu nəhəng tərəfdaş və dövlət qulluqçusu olduğunu vurğuladı.
"Fövqəladə şəraitdə o, məsuliyyəti öz üzərinə götürdü və azad, ədalətli daha böyük imkanlarla dolu olan bir millət üçün tarixi kampaniyaya rəhbərlik etdi",-deyə Bayden bəyan edib
Ağ Ev rəhbəri əlavə edib ki, Kamala Harrisin seçimi onun 2020-ci ildə prezidentliyə namizəd olarkən verdiyi ilk qərardır. Onun sözlərinə görə, bu, verdiyi ən yaxşı qərar olub.
Oxuməni.az