AZ

Demensiya inkişafının əsas risk amilləri açıqlanıb

Hipertoniya, hərəkətsiz həyat tərzi, aşağı təhsil səviyyəsi, depressiya, tənhalıq, diabet və siqaret çəkmək demensiya inkişafı riskini artırır.

“Far.Az” xəbər verir ki, bu qənaətə İtaliya alimləri “European Journal of Public Health” (EJPH) jurnalında dərc edilmiş tədqiqatın nəticələrinə əsasən gəliblər.

Mütəxəssislər 130 min insanın həyat tərzini və sağlamlıq vəziyyətini təhlil ediblər. Nəticələr göstərib ki, bu xəstəliyin patogenezində əsas rolu yüksək arterial təzyiq oynayır. 65 yaşına qədər təzyiqi normal səviyyədə saxlamaq demensiya riskini 6,3 % azaldır.

Buna düzgün qidalanma, fiziki aktivlik və lazım gəldikdə dərmanların köməyi ilə nail olmaq mümkündür. Alimlərin qeyd etdiyi kimi, 65 yaşdan sonra passiv həyat tərzi koqnitiv pozuntuların riskini 5,9 % artırır, buna görə də beyin sağlamlığı üçün mümkün olan hər hansı formatda məşq etmək tövsiyə olunur.

Həmçinin tədqiqat təhsillə demensiya riski arasında əlaqəni aşkar edib. Ali təhsil onun inkişaf ehtimalını 5 % azaldır. Psixoloji sağlamlıq da mühüm önəm daşıyır: 65 yaşdan sonra depressiya yaddaş və diqqət problemləri riskini 4,5 % artırır. Təcrid və tənhalıq da koqnitiv pozuntuların təhlükəsini 4,4 %, diabet 3,9 %, siqaret çəkmək isə 2,4 % artırır.

Seçilən
31
1
far.az

2Mənbələr