AZ

Cəbrayıla qayıdışı hər gün həsrətlə gözləmişəm - Leyla Hümbətova

Bakı. Trend:

31 il Cəbrayıla qayıdışı hər gün həsrətlə gözləmişəm.

Bunu Trend-əaçıqlamasında Cəbrayıl sakini Leyla Hümbətova deyib.

Onun sözlərinə görə, bu gün onun üçün ən gözəl gündür. Bu günüçox gözləyib.

"Mən Cəbrayılı məcburi şəkildə tərk edəndə gənc idim. Oğlumun 3yaşı var idi. İndi isə nəvəmin 3 yaşı var. Həmişə o torpağınhəsrətini çəkmişəm. Hər dəfə ağaclar çiçəkləyəndə ağlamışam. Doğmatorpağım hər zaman gözümün qabağında olub. Bu günümüzə şükürlərolsun. Allah Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət eləsin,qazilərimizə cansağlığı versin", - deyə o qeyd edib.

Xatırladaq ki, indiyədək Cəbrayıl şəhərində 163 ailənin, yəni583 nəfərin daimi məskunlaşması təmin edilib.

Seçilən
22
az.trend.az

1Mənbələr