AZ

Almaniya kansleri yanvarın 15-də hökumətə etimad səsverməsi məsələsini qaldıracaq

Bakı. Trend:

Almaniya kansleri Olaf Şolts bildirib ki, 2025-ci ilin əvvəlindəhökumətinə etimad səsverməsi məsələsini Bundestaqda qaldıracaq,növbədənkənar parlament seçkiləri isə 2025-ci ilin mart ayınınsonuna qədər keçirilə bilər.

Trend-inməlumatına görə, bu barədə Almaniya kansleri Berlində jurnalistlərəbildirib.

"Yeni ildə Bundestaqın iclasının ilk həftəsində dərhal etimadsəsverməsi məsələsini qaldıracağam ki, Bundestaq yanvarın 15-də bubarədə səs verə bilsin", - deyə o qeyd edib. "O zaman Bundestaqüzvləri növbədənkənar seçkilərə yol açıb-açmamaq barədə qərar verəbiləcəklər", - deyə O.Şolts əlavə edib.

Kansler bildirib ki, qanuna uyğun olaraq, seçkilər “ən gec2025-ci ilin mart ayının sonuna qədər” keçirilə bilər.

Məqalədə:
Seçilən
38
az.trend.az

1Mənbələr