"Yaşma Quşquçuluq” MMC-nin qanuni təmsilçisi Bəxtiyarov Emin Bəxtiyar oğluna inzibati protokol yazılıb.
Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 555.3-cü (Bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə min səkkiz yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş Xızı Rayon Məhkəməsinin hakimi İlqar Cabbarovun icraatındadır. Baxış iclası noyabrın 15-də keçiriləcək.
Xəyal Quliyev
Tarix: 7 Noyabr 2024, 08:11