AZ

Trampın qayıdışı Bakıya nə vəd edir? – Politoloq

ABŞ-da kimin prezident seçilməsindən asılı olmayaraq, istənilən dövlət başçısı ölkəsinin milli və təhlükəsizlik maraqlarından çıxış etməlidir. ABŞ-ın milli və təhlükəsizlik maraqları isə Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığı diktə edir.

Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu Donald Trampın ABŞ prezidenti seçilməsinin Azərbaycanla münasibətlərə təsirini şərh edərkən deyib.

O bildirib ki, ABŞ Azərbaycanın bölgədəki rolunu nəzərə alır:

“Əlbəttə ki, respublikaçı Donald Trampın prezident seçilməsi Azərbaycan üçün daha münasibdir. Kamala Harris erməni lobbisinə sıx bağlı olan birisi idi. Düzdür, Donald Tramp da seçki ərəfəsində ermənilərə bir-iki vəd verdi. Amma bu, siyasi məqsəd daşıyırdı, o, səs qazanmaq istəyirdi. Trampın keçmiş prezidentliyi dövründə Azərbaycan ərazi bütövlüyünü təmin etdi. Həmin dövrdə Trampın Prezident İlham Əliyevə xeyli məktubları olmuşdu. O, münasibətlərin inkişafına maraqlı olduğunu bildirmişdi. Bu baxımdan hesab edirəm ki, Trampın prezidentliyi dövründə Azərbaycan-ABŞ münasibətlərində istiləşmə özünü göstərəcək. Müəyyən suallar var ki, onların da ortadan qaldırılmasını gözləyə bilərik”.

Qeyd edək ki, 5 noyabrda ABŞ-da keçirilən prezident seçkisində respublikaçı Donald Tramp demokrat rəqibi Kamala Harrisə qalib gəlib.

Seçilən
25
2
axar.az

3Mənbələr