"Qarabağ" bu gün UEFA Avropa Liqası Liqa mərhələsində növbəti oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, təmsilçimiz yarışın IV turu çərçivəsində Norveçdə "Budyo Qlimt"lə qarşılaşacaq.
"Aspmira" stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 21:45-də startı veriləcək görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
“Qarabağ” bundan əvvəl “Tottenhem”ə 0:3, “Malmö”yə 1:2 və “Ayaks”a 0:3 hesabıyla uduzub. “Atlılar” 3 turdan sonra 36 komanda arasında sonuncudur.
Qeyd edək ki, "Qarabağ" növbəti turda Bakıda Fransa təmsilçisi "Olimpik Lion"u qəbul edəcək.
UEFA Avropa Liqası
Liqa mərhələsi, IV tur
7 noyabr
21:45. "Budyo Qlimt" – "Qarabağ"
Hakimlər: Luis Qodinyu, Rui Teixeyra, Pedru Almeyda, Andre Narkiso (hakimlər Portuqaliyadandır).
Hakim-inspektor: Ante Vuçemiloviç (Xorvatiya)
UEFA nümayəndəsi: Tammo Beyshuyzen (Niderland)
"Aspmira" stadionu