“Puta-Nəqliyyat-2” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
İqtisadiyyat.az xəbər verir ki, yığıncaq dekabrın 14-nə təyin olunub.
Yığıncağın gündəliyinə cəmiyyətin ləğv olunması, ləğv olunma ilə əlaqədar ləğvetmə komissiyasının (təsviyəçinin) təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi və digər məsələlər məsələlər daxil edilib.