AZ

Poroşenko Zelenskiyə və Trampa tələblər irəli sürüb

Eks prezident Petro Poroşenko bildirib ki, Ukrayna ərazi bütövlüyü və suverenliyi məsələlərində güzəştə getməyəcək. Keçmiş prezident Ukraynanın güzəştə hazır olmadığı beş “qırmızı xətti” müəyyən edib: suverenlik, təhlükəsizlik qüvvələri, ərazi sərhədləri, sanksiyalar və NATO-ya üzvlük istəyi.

Petro Poroşenko bildirib ki, ölkə suverenlik və ərazi bütövlüyü məsələlərində güzəştə gedə bilməz.

Poroşenko Donald Trampın qalib gəldiyi ABŞ seçkilərinin nəticələrini belə şərh edib. O vurğulayıb ki, Ukrayna öz müstəqilliyi məsələlərində güzəştlərə razı olmayacaq və Rusiyanın təsirinə qayıtmayacaq. Sabiq prezident onu da qeyd edib ki, ölkə Moskvanın nəzarətinə keçən ərazilərdən heç vaxt imtina etməyəcək. Onun sözlərinə görə, Ukrayna silahlı qüvvələri dövlətin mövcudluğunun “ən etibarlı və effektiv təminatçısı” olaraq qalır və buna görə də Ukrayna onların zəifləməsinə imkan verməyəcək.

Sonda o, əlavə edib ki, Ukrayna NATO-ya daxil olmaq üçün bütün lazımi addımları atmalı və Trampı inandırmalıdır ki, Kiyevin bu hərbi bloka üzvlüyü olmadan münaqişəyə son qoyulması mümkün deyil.

Oxuməni.az

Seçilən
10
oxumeni.az

1Mənbələr