AZ

Bakı 2 milyon manatlıq şirkətə yeni sədr seçiləcək

“Bakı yoltikintiservis” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, yığıncaq dekabrın 25-nə təyin olunub.

Gündəliyə icra orqanının – ASC sədrinin seçilməsi, ötən il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin təhlili və təsdiqi və digər məsələlər daxil edilib.

Qeyd edək ki, “Bakı yoltikintiservis” ASC 2003-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 951 490 manatdır və qanuni təmsilçisi Ələkbər Əlizadədir. Şirkət Bakıda yerləşir.

Seçilən
32
6
iqtisadiyyat.az

7Mənbələr