AZ

Yeni film reytinqdə birinci yeri tutub - Fotolar

Yeni

Hollivudun canlı əfsanəsi, 94 yaşlı aktyor, kinorejissor, prodüser və bəstəkar Klint İstvudun "2 saylı münsif" adlı yeni filminin ilk baxışına tamaşaçı münasibəti çox uğurlu olub. Rəylərdən belə məlum olub ki, yeni filmə tamaşa edənlər məmnundurlar.

Reyting.az
xəbər verir ki, “Oskar” mükafatlı Klint İstvudun rejissoru olduğu bu film gözlənilmədən rekord vurub. Yeni ekran əsəri bir çox filmlərin və serialların ABŞ-dakı müəyyən baxış reytinqini hazırlayan, həm də dəqiq statistikanı göstərən "Rotten Tomatoes" veb-saytının elə ilk debütündə 92 faiz xal toplayıb. Bu fakt həm də filmlər arasında seçim edən 76 rəyin əsasında qazanılmış reytinqlə filmin birinciliyi deməkdir.

İstvudun son rejissor işi olan bu yeni film, triller böyük səs-küy yaradan məhkəmə prosesinin münsiflərindən birinin mənəvi dilemmasını araşdırır. Bu triller həmçinin bir rejissor kimi İstvudun filmoqrafiyasına xas olan ədalət, eləcə də ictimai, mənəvi məsuliyyət mövzularını qaldırır.



"2 saylı münsif" filmində baş rolu Nikolas Holt ifa edib. Yeni filmdə Zoi Doyç, Meqan Miduç, Toni Kollette ilə yanaşı digər aktyorlar və aktrisalar da çəkiliblər.

Bu film əsas rolları ifa edən Nikolas Holt ilə Toni Kollettenin incə oyunu, həmçinin hekayənin səriştəli tempinə və dialoqlara görə daha çox təriflənir. Kino tənqidçiləri filmin süjeti barədə qeyd ediblər ki, bu da bir janr kimi məhkəmə zalında baş verən hadisələrə yeni perspektiv təqdim edir.

Son məlumatlara görə, K. İstvudun "2 saylı münsif" triller filmi yalnız ABŞ-nın 50 kinoteatrında nümayiş olunacaq. Hələlik kino şirkətinin konkret qərarı olmadığını, İstvudun bu yeni filminin geniş miqyasda ekranlara buraxıb-buraxmayacağı dəqiq bəlli deyil.

Oqtay QORÇU

Seçilən
33
reyting.az

1Mənbələr