AZ

Cənubi Koreya Ukraynaya silah tədarükü məsələsini nəzərdən keçirir

Cənubi Koreya Şimali Koreya əsgərlərinin Ukraynadakı münaqişədə iştirak etmək üçün Rusiyaya göndərilməsi ehtimalı fonunda Ukraynaya silah tədarükünü istisna etmir...

Poliqon “Yonhap” Agentliyinə istinadən xəbər verir ki, bunu Cənubi Koreya prezidenti Yun Sok Yol deyib.

Prezidentin sözlərinə görə, Şimali Koreya əsgərlərinin Ukraynadakı münaqişədə mümkün iştirakı Cənubi Koreya üçün təhlükə yaradır, çünki Şimali Koreya qüvvələri onlarda çatışmayan döyüş təcrübəsi qazanacaq. Həmçinin Cənubi Koreya prezidenti qeyd edib ki, Moskva "həssas texnologiyalar"ı Pxenyanla paylaşa bilər.

“Bunun fonunda Seul indi Ukraynanı silahla dəstəkləmək imkanını nəzərdən keçirir”, deyə Yun Sok Yol vurğulayıb.

Oktyabrın 31-də ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, Rusiya yaxın gələcəkdə Şimali Koreya qüvvələrini Ukraynaya qarşı istifadə edəcək. Dövlət katibi iddia edib ki, Kursk vilayətində KXDR-dən 10 minə yaxın hərbçi yerləşdirilib.

Poliqon.info

Seçilən
17
2
poliqon.info

3Mənbələr