AZ

ABŞ Şimali Koreya qoşunlarının Kursk döyüşlərində iştirak etdiyini açıqlayıb

Bir neçə gün əvvəl Şimali Koreya hərbçiləri ilk dəfə Kursk vilayətində döyüş əməliyyatlarında iştirak ediblər...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyinə iki Amerika rəsmisi məlumat verib.

Adının açıqlanmasını istəməyən rəsmilərdən biri Şimali Koreya qoşunlarının noyabrın 4-də döyüşdə iştirak etdiyini bildirib. Mənbələr ölənlər arasında Şimali Koreya əsgərlərinin olub-olmadığı barədə məlumat verməyib və hadisə ilə bağlı başqa təfərrüatlar da açıqlamayıb.

Xatırladaq ki, bundan əvvəl Pentaqon Rusiya Federasiyasının Kursk vilayətində ən azı 10 min Şimali Koreya hərbçisinin olduğunu açıqlamış, onların 12 minə yaxınının Rusiya Federasiyasında olduğunu bildirmişdi.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bəyan edib ki, ruslar Şimali Koreya ordusuna müasir döyüş texnikası öyrədirlər. Xüsusən də bildirilir ki, Şimali Koreyadan olan əsgərlər artıq rus hərbi geyimində Kurskdadır.

Noyabrın 4-də Financial Times qəzeti yüksək rütbəli ukraynalı kəşfiyyatçıya istinadən yazıb ki, Ukrayna qoşunları Kursk vilayətində döyüş əməliyyatlarında ilk dəfə Şimali Koreya əsgərlərinə atəş açıb.

NATO-nun baş katibi Mark Rütte bildirib ki, hazırda Rusiya Federasiyasının tərəfində Ukraynaya qarşı döyüşən Şimali Koreya qoşunları dünya üçün "dərin təhlükəli" məqamdır.

Poliqon.info

Seçilən
28
50
poliqon.info

10Mənbələr