Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan xarici ölkələrə 52,9 milyon ABŞ dolları dəyərində 74 543 ton xurma ixrac olunub.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə xurma ixracı həcm olaraq 16,7 faiz, dəyər olaraq isə 14,7 faiz artıb.
Azərbaycanda istehsal olunan xurma, əsasən, Rusiya, Belarus, Qazaxıstan və digər ölkələrə ixrac edilir.