AZ

ÇL-in Liqa mərhələsində IV turun son oyun gününün ən yaxşı futbolçuları

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunun son oyun günündə keçirilən doqquz görüşün ən yaxşı futbolçuları bəlli olublar.
Oxu.Az xəbər verir ki, "Brügge" - "Aston Villa" görüşünün fərqlənən futbolçusu Hans Vanaken olub.
"Şaxtyor" - "Yanq Boyz" matçında Georgi Sudakov ən yaxşılardan biri olub.
"Srvena Zvezda"nı 5:2 hesabı ilə məğlub edən "Barselona"nın futbolçusu İnyiqo Martines də yaxşılardan olub.
"Sparta Praqa" - "Brest" matçında Edimilson Fernandeş fərqlənənlər siyahısındakı yerini alıb.
Gecənin böyük maraqla gözlənilən "İnter"in "Arsenal"ı 1:0 hesabı ilə məğlub etdiyi görüşdə isə Hakan Çalhanoğlu fərqlənməyi bacarıb.
"Feyenoord" - "Zalsburq" matçının ən yaxşı oyunçusu adını Karim Konate qazanıb.
"Atletiko Madrid"in PSJ-ni 1:2 hesabı ilə məğlub etdiyi görüşün fərqlənən futbolçusu isə Nauel Molina olub.
"Bavariya" - "Benfika" matçının ən yaxşı oyunçusu Camal Musiala seçilib.
"Ştutqart" - "Atalanta" görüşünün ən yaxşı oyunçu mükafatına isə İsak Hin yiyələnib.
Qeyd edək ki, V turun görüşlərinə noyabr ayının 26-da start veriləcək.
Seçilən
21
3
oxu.az

10Mənbələr