AZ

Poroşenko Rusiyaya qarşı sanksiyaların ləğvində güzəştə getməməyə çağırdı

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko bildirib ki, ölkə suverenlik və ərazi bütövlüyü məsələlərində güzəştə gedə bilməz.

KONKRET.az xəbər verir ki, Poroşenko deyib: “Mən tək Ukraynanın deyil, bütün azad dünyanın malik olduğu qırmızı xətlərdə israr edirəm”. Həmçinin Ukraynanın keçmiş lideri qeyd edib ki, Kiyev ərazi məsələlərində və Rusiyaya qarşı sanksiyaların ləğvində güzəştə getməməlidir. Poroşenko həmçinin Ukrayna ordusunun məhdudlaşdırılması ilə razılaşmamağa və Trampı Ukraynanın NATO-ya daxil olmasının zəruriliyinə inandırmağa çağırıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
47
konkret.az

1Mənbələr