Noyabrın 7-si Azərbaycanın bir çox tanınmış şəxsiyyətlərin doğum və anım günləri ilə yadda qalıb. Missiya.Az onları təqdim edir:1898-ci ilin bu günü Əməkdar incəsənət xadimi, aktyor, rejissor Məmməd Əlili (1898 – 13.6.1993) dünyaya gəlib. “Ögey ana”, “Dağlarda döyüş” və s. filmlərin 2-ci rejissoru olub, “Dəli Kür” və “Nəsimi” filmlərində çəkilib.7 noyabr 1905-ci ildə teatr və kino rejissoru Şüa Şeyxov (1905 – 27.1.1970) anadan olub. Gənc Tamaşaçılar, Füzuli Dram teatrlarında çalışıb. “Qəribə əhvalat”, “Kölgələr sürünür” (İsmayıl Əfəndiyevlə birgə) və s. filmləri çəkib.1917-ci ilin bu günü görkəmli bəstəkar, pianoçu, Xalq artisti Tofiq Quliyev (1917 – 4.10.2000) Bakıda dünyaya göz açıb. Azərbaycan estrada musiqisinin yaradıcılarından biridir. “Bəxtiyar”, “Görüş”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Nəsimi”, “Qayınana” və s. filmlərə, tamaşalara musiqi bəstələyib. Bəstəkarlar İttifaqının sədri olub.7 noyabr 1917-ci ildə Xalq rəssamı Tağı Tağıyev (1917-1993) Bakıda doğulub. “Qara Qarayev”, “Səttar Bəhlulzadə”, “Səməd Vurğun”, “Koroğlu”, “Babək” portretlərinin müəllifidir.1920-ci ilin bu günü Azərbaycanın ilk radio diktorlarından biri, Xalq artisti Fatma Cabbarova (1920 – 29.11.2010) anadan olub. 1991-ci ilədək Dövlət Teleradio Verilişləri Şirkətində işləyib.7 noyabr 1934-cü ildə Xalq artisti, tanınmış müğənni Oqtay Ağayev (1934 – 14.11.2006) dünyaya gəlib. Azərbaycan Dövlət Estrada Orkestrinin, Azərbaycan Televiziyası və Radiosu Estrada orkestrinin solisti olub.1940-ci ilin bu günü Xalq artisti, xanəndə Baba Mahmudoğlu (Mirzəyev; 1940 – 6.12.2006) doğulub. Opera tamaşalarında (“Leyli və Məcnun”, “Aşıq Qərib”, “Əsli və Kərəm” və s.) əsas partiyaları ifa edib.7 noyabr 1990-ci ildə Əməkdar incəsənət xadimi, görkəmli kinorejissor, operator Əlisəttar Atakişiyev (25.12.1906 – 1990) vəfat edib. Hacıbəyovun eyniadlı musiqili komediyaları əsasında çəkilmiş "Arşın mal alan" (1945, M.Dadaşovla birgə), "O olmasın, bu olsun" (1956) filmlərinin quruluşçu operatoru olub.
Zərintac MayisqızıMissiya.Az