Özbəkistanın dağlarında orta əsrə aid gizli tarixi şəhərlər aşkarlanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu, tarixi gizli şəhərlər Vaşinqton Universitetinin alimləri tərəfindən xüsusi tarama mexanizmləörinə məxsus PİA və digər texniki vasitələr və araşdırmalarla üzı çıxarılıb.
Bildirildiyuinə görə, tədqiqatlar zəminində Özbəkistanın yüksək dağlarında İpək Yolunun tarixi üçün böyük əhəmiyyət kəsb edən iki qədim şəhərın qalıqları kəşf olunub: "Tədqiqatçılar bölgədəki ilk pilotsuz uçuş aparatı (PUA) dəsətkli lidar skanları ilə Taşbulak və Tugunbulak adlanan bu orta əsr şəhərlərinin ətraflı xəritələrini hazırlayıblar".
Qrupun lideri Mişel Fraçetti deyib ki, yeni texnologiya ilə şəhərləri, onların sərhədlərini, yollarını və yaşayış sahələrini araşdırıblar: "İki min metr hündürlükdə olan bu şəhərlər dağlarda inkişaf edən dövrün ticarət mərkəzlərindən biri kimi önə çıxır. Təsəvvür edin, Tugunbulakın 120 hektar ərazisi ilə dövrün ən böyük şəhərlərindən biri sayıla bilər. Bu şəhərlər İpək Yolunda əsas qarşılıqlı ticarət əlaqələrində strateji əhəmiyyətə sahib olublar. Bura hHeyvanlar, qiymətli metallar və digər sərvətlərin alış-verişində ticarətin can damarı olub. Biz buna şübhə etmirk"
O əlavə edib ki, Tuğunbulakda ilk arxioloji qazıntılarda üç metr qalınlığında torpaq divarlarla əhatə olunmuş bir yer üzə çıxarıblar: "Buranın o dövrün yerli dəmir ustalarının məkanı olduğunu düşünürük. Çox mühüm dəlillər var. Araşdırmalarımız davam edir..."
Samir MUSAYEV
MİA.AZ