AZ

İkili standartların COP29 qərəzi

Bakı Dövlət Universiteti və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının məqsəd və mahiyyəti” mövzusunda dəyirmi masa keçirilib.

Mətbuat Şurasının sədri Rəşad Məcid informasiya təhlükəsizliyinin milli təhlükəsizliyin bir halqası kimi mühüm əhəmiyyətə malik olduğunu bildirib: “Xüsusilə də COP29 ərəfəsində Azərbaycana qarşı aparılan informasiya müharibəsinin daha çox şahidi oluruq. Yanlış xəbərlərin vaxtında yalanlanması, ifşası ümumi prosesə müsbət təsir göstərir, bunun qarşısının alınması baxımından medianın üzərinə mühüm məsuliyyət düşür".

BDU rektoru Elçin Babayev isə qeyd edib ki, bu gün Azərbaycan COP29 konfransının ən yüksək səviyyədə təşkili üçün bütün imkanlarını səfərbər edib. Lakin Azərbaycan dövlətinin əldə etdiyi uğurlar, beynəlxalq arenada nüfuzunun gündən-günə artması, qlobal təşəbbüslərin əsas iştirakçılarından birinə çevrilməsi, bədxah qonşularımız da daxil olmaqla, bir sıra xarici qüvvələri qıcıqlandırır.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli, “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli, multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli çıxışlarında qeyd ediblər ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi uğurdan, bu bölgədəki planların üzərindən xətt çəkilməsindən narahat olan qüvvələr COP29 tədbirinin Azərbaycanda keçirilməsindən narahatlıq keçirirlər. Diqqətin Azərbaycana yönəldiyi belə həssas dövrdə ölkəmizi ləkələməyə, beynəlxalq ictimaiyyətdə mənfi imic formalaşdırmağa çalışırlar.

Sonda tədbir iştirakçılarının adından xarici ölkələrə, müxtəlif beynəlxalq qurumlara birgə bəyanatın göndərilməsi barədə qərar qəbul olunub.

XQ

Seçilən
24
xalqqazeti.az

1Mənbələr