AZ

Türkiyədə silah qaçaqmalçılarına qarşı əməliyyat - 1664 şübhəli saxlanılıb

Bakı. Trend:

Türkiyənin 81 vilayətində silah qaçaqmalçılarına qarşı"Mercek-27" əməliyyatı həyata keçirilib.

Trend xəbərverir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikayaaçıqlama verib.

O bildirib ki, son bir həftə ərzində ölkə üzrə 81 vilayətdəsilah qaçaqmalçılarına qarşı keçirilən "Mercek-27" əməliyyatlarında1664 şübhəli saxlanılıb və 2274 qeydiyyatsız silah ələkeçirilib.

Məlumatda qeyd olunub ki, əməliyyatlar Vilayət JandarmaKomandanlıqları və Vilayət Polis İdarələri tərəfindən həyatakeçirilib.

Əməliyyat zamanı 1100 qeydiyyatsız tapança, 516 revolver, 26uzun lüləli tüfəng və 632 qeydiyyatsız ov tüfəngi daxil olmaqlaümumilikdə 2274 silah müsadirə edilib.

Qeyd edilib ki, əməliyyat çərçivəsində saxlanılan 1664 şübhəlişəxs barədə hüquqi tədbirlər görülüb.

Seçilən
15
az.trend.az

1Mənbələr