Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisi Cəfər Cabbarlı küçəsində antisanitar vəziyyət yaranıb. Ərazidə yaşayan sakinlər məişət tullantılarının vaxtında daşınmamasından şikayətçidirlər."DogruXeber.az"ın məlumatına görə, Bizim.Media-ya danışan sakinlər iddia edirlər ki, ərazidəki zibillərin günlərlə daşınmaması tez-tez baş verir.Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.Qurumdan Bizim.Media-ya bildridilər ki, maşınlarla bağlı tullantıların daşınmasında gecikmə olub:“Məişət tullantıları hər gün daşınır və belə problem yarananda dərhal həll olunur. Yəni artıq problem aradan qaldırılıb, həmin ərazidəki tullantılar yığışdırılıb”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta