Bakı. Trend:
Tariximizin şanlı səhifələrini yaşadan Zəfər Günü və DövlətBayrağı Günü ilə əlaqədar qeyri-iş günləri olaraq müəyyən edilmiş08–13 noyabr 2024–cü il tarixlərində bankların və “Azərpoçt”MMC-nin bir sıra filial və şöbələri, habelə valyuta mübadiləməntəqələri fəaliyyət göstərəcəklər.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bildirilib ki, qeyd olunan qeyri-iş günlərində əhalinin vəölkəmizi ziyarət edən qonaqların valyuta mübadiləsi xidmətlərinədavamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 19bankın 180 xidmət nöqtəsi (o cümlədən, 5 bank üzrə 12 xidmətnöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi,eləcə də valyuta mübadiləsinə lisenziya almış valyuta mübadiləsiməntəqələri müştərilərə xidmət göstərəcək.
Həmçinin noyabr ayında əlamətdar günlərin və COP29 tədbirinintəsadüf etdiyi qeyri-iş günlərində Mərkəzi Bankın 966 Qaynar xəttivətəndaşlara 09:00-18:00 saatları (13:00-14:00 fasilə) ərzindəxidmət göstərməyə davam edəcək.
Qeyri-iş günlərində müvafiq maliyyə institutlarının iş qrafikiilə bağlı məlumatı aşağıdakı keçidlərdən əldə etmək mümkündür:
Qeyd edək ki, iqlim dəyişikliyinə qarşı beynəlxalq fəaliyyətintəşviq olunmasında əsas platforma kimi çıxış edəcək COP29konfransının keçiriləcəyi məkanlarda bankların ATM və POS-terminalinfrastrukturunun davamlı fəaliyyətinin təmin olunması diqqətmərkəzində saxlanılacaq.