AZ

"Qaradağ"da belə oyunçu var, gözdən qaçırmayın! - VİDEO

I Liqada 7-ci tura start verilib. Çempionatın geridə qalan hissəsində qələbə üzü görməyən «Qaradağ Lökbatan» öz meydanında «Difai»ni qəbul edib.
Matçı üç yerə bölmək olar. İlk 25 dəqiqəni bir, 25-85-ci dəqiqələri bir, 85-90-cu dəqiqələri bir.
Qarşılaşmanın əvvəli «Difai»nin qaçırdığı bir neçə qol vəziyyəti ilə yadda qalıb. Bu bölüm elə təəssürat yaradıb ki, qonaqlar rahat qələbə qazanacaq. Fürsətləri dəyərləndirməyən «fədailər» daha sonra şok yaşayıb. 29-cu dəqiqədən etibarən I Liqanın gümüş medalçısının «ayağı açılıb». Ramin Məhərrəmli ilə başlayan «qol yağışı» 56-cı dəqiqəyə kimi davam edib. Ceyhun Muxtarlı bir-birindən gözəl qollarla het-trikini rəsmiləşdirib. Biz bu qollardan necə gözəl danışırıqsa, «Difai»nin müdafiə xəttinin yol verdiyi xətaları da o cür tənqid etməliyik. Doğrudan da, uşaq səhvlərini «muncuğa düzdülər»: bunu onlara yaraşdırmaq çətindir.Sanki ev sahiblərinin irəli xətt oyunçularına «dəhliz» açmışdılar. Ağsu təmsilçisinin yanlış xətaları ikinci hissənin əvvəlində də, ortasında da davam elədi. «Qaradağ» bu dəqiqələrdə dərs keçirdi. Sözün bütün mənalarında. Araz Abdullayevin məsuliyyəti öz üzərinə götürməsi hər aspektdə lökbatanlıların fətirinə yağ sürtürdü. «Neftçi»nin məşhur yetirməsi çox qaçmasa da, topla incə davranışı, yer seçimi və təcrübəsi ilə komanda yoldaşlarının işini yüngülləşdirdi, nəticənin isə başına sığal çəkirdi. Amit Quluzadənin yenicəçalışdırmağa başladığı kollektiv ondan nə istənildiyini bilərək oynadı və layiqli qələbə qazandı. Zona boyu tətbiq olunan pressinq, orta sahədə yaradılan sıxlıq «Qaradağ»ı daha üstün tərəf etdi. «Difai»nin futbolçuları yalnız son 4-5 dəqiqədə başını yuxarı qaldıra bildi, onda da Xəyyam Məmmədli və Əli Mürsəlov hərəyə 1 dəfə fərqləndi.

SPORTİNFO.AZ

Seçilən
31
sportinfo.az

1Mənbələr