ABŞ-ın Arizona ştatındakı "Falcon Field" hava limanında baş verən təyyarə qəzası nəticəsində 5 nəfər ölüb.
Publika.az xəbər verir ki, bu barədə ştatın Polis İdarəsi açıqlama verib.
Bildirilir ki, Mesa şəhərindəki hava limanında kiçik reaktiv təyyarə havaya qalxarkən uçuş-enmə zolağının yanındakı yolda avtomobilə çırpılıb.
Qəzada pilot, köməkçi pilot, 2 sərnişin və avtomobilin sürücüsü həyatını itirib, 1 nəfər yaralanıb.