Bakı. Trend:
Transplantasiya sahəsinin birbaşa insan həyat və sağlamlığı iləbağlı olması burada baş verə biləcək qanun pozuntularının da ciddişəkildə cəzalandırılmasını tələb edir.
Trend xəbərverir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”daSəhiyyə Nazirliyi Hüquq şöbəsinin Böyük məsləhətçisi İntiqamHacıyev açıqlayıb.
Onun sözlərinə görə, ölkəmizdə orqanların qara bazarınınformalaşmasının qarşısını almaq üçün bu sahədə törədilən bir çoxqanun pozuntularını cinayət hesab edərək ağır cəzalar nəzərdətutulub:
“Eləcə də, digər böyük ictimai təhlükə törətməyən əməllər isəinzibati xəta hesab olunur. Belə ki, Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 137-ci maddəsinə əsasən insan orqanlarınınalqı-satqısı, dövlətin müəyyən etdiyi siyahıda olmayan tibbmüəssisələrində və ümumiyyətlə tibb müəssisələrindən kənarda donororqanların götürülməsi və ya transplantasiyasının həyatakeçirilməsi, şəxsin razılığı olmadan transplantasiya məqsədilədonor orqanının götürülməsi və ya eyni məqsədlə şəxsi donororqanının götürülməsinə məcburetmə, eləcə də qanunla qadağan olunanşəxslərdən transplantasiya məqsədilə donor orqanın götürülməsiəməlləri üçün cinayət məsuliyyəti nəzərdə tutulub. Bu əməlləritörətmiş şəxsləri bir çox alternativ cəzalarla birlikdə maksimum 7il müddətinə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir”.
İ.Hacıyev qeyd edib ki, bundan başqa, Azərbaycan Respublikasınınİnzibati Xətalar Məcəlləsinin 162-1-ci maddəsinə əsasən dövlətintəsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələri və digərşəxslər tərəfindən donor orqanların hazırlanması, saxlanması,daşınması, idxalı və ixracı, resipiyentin və ya donorunanonimliyinin qorunmaması, canlı donordan orqanların götürülməsizamanı qanununda nəzərdə tutulmuş tələblərə əməl olunmaması, canlıdonor tərəfindən özünün zərərli vərdişləri və ona məlum olanxəstəlikləri barədə məlumat verilməməsi, habelə şəxsin ölümdənsonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılıqvə ya bundan imtina barədə məlumatların yayılması inzibati xətahesab olunur və müxtəlif məbləğlərdə olmaqla maksimum 10 minmanatadək cərimə nəzərdə tutulur.