"Sabah xalqımız Zəfər gününü qeyd edəcək. 4 il bundan əvvəl Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə torpaqlarımız azad edildi. Əzəli torpaqlarımızın 30 ildən sonra qaytarılması nəinki bizim, eləcə də türk dövlətləri üçün böyük hadisədir".
Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova bugünkü keçirilən iclasda deyib.
O bildirib ki, Azərbaycana qarşı təhdidlərə son qoymaq üçün keçirilən anti-terror hərakatı da həmin hadisələrdəndir:
"Hazırda bölgədə daimi sülh aparmaq üçün Ermənistanla danışıqlar aparılır və sülh gündəliyi üçün addım-addım işlər görülür. Hərbçilərimizə, müharibədə iştirak edən qazilərimizə təşəkkür edirik. Milli məclis adından İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubu yollayaq. Azərbaycanın tarixi mərdlik tarixidir. Azərbaycan öz müstəqilliyii qorumaq, mədəniyyətini inkişaf etdirmək yolunda addımlayır", - sədr qeyd edib.
Türkan İSGƏNDƏRLİ