AZ

“İnanıram ki, “Qarabağ”la oyunda azarkeşlər bizi tək qoymayacaqlar”

“İnanıram ki, “Qarabağ”la oyunda azarkeşlər bizi tək qoymayacaqlar”.

Sportnet.az xəbər verir ki, bu sözləri "Budyo-Qlimt” klubunun futbolçusu Filip Sinkernagel UEFA Avropa Liqasının əsas mərhələsində bu gün Norveçdə "Qarabağ”a qarşı keçirəcəkləri IV tur oyunu ilə bağlı danışarkən deyib.

30 yaşlı danimarkalı sol cinah müdafiəçisi avrokubok oyunlarında azarkeş dəstəyinin əhəmiyyətindən bəhs edib: “Bugünkü matç bizim üçün çox vacibdir. Futbolçular tamaşaçılardan gələn enerji ilə yaşayır. Ümid edirik ki, fanatlar bu gün bizə dəstək olmaq üçün stadiona gələcəklər. Çünki onların dəstəyi oyunçularda özünəinam yaradır və komanda daxilində motivasiyanı yüksəldir. Yalnız “Qarabağ”la matçda deyil, digər görüşlərdə də azarkeşlərimizn dəstəyinə ehtiyacımız var”.

Qeyd edək ki, “Aspmüra” stadionunda oynanılacaq "Budyo-Qlimt” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.


Seçilən
14
1
sportnet.az

2Mənbələr