AZ

Cənubi Koreya ABŞ-dan havadan erkən xəbərdarlıq və nəzarət təyyarələri alır

ABŞ Dövlət Departamenti 4.92 milyard dollar dəyərindəki E-7 havadan erkən xəbərdarlıq və nəzarət təyyarələrinin (AEW&C – Airborne Early Warning and Control) Cənubi Koreyaya satışını təsdiq edib.

Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.

Bildirilib ki, sifarişə 4 ədəd E-7 AEW&C təyyarənin və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sözügedən sifarişin baş podratçısı ABŞ-ın “Boeing” şirkəti olacaq.

Qeyd olunub ki, bu satış ISR və havadan erkən xəbərdarlıq və nəzarət imkanlarını təmin etməklə Cənubi Koreyanın cari və gələcək təhdidlərə cavab vermək qabiliyyətini təkmilləşdirəcək.

Seçilən
13
poliqon.az

1Mənbələr