ABŞ Dövlət Departamenti Ermənistanda qərbyönlü vətəndaş cəmiyyəti strukturlarının stimullaşdırılması üzrə işləri nəzərəçarpacaq dərəcədə sürətləndirib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
“ABŞ Ukrayna və Moldovada sınaqdan keçirilmiş sxemlərə əsasən, nəhayət, Ermənistanı qərbyönlü inkişaf kursuna çevirmək istəyir. Vaşinqton Ermənistanı milli intihara sövq edir, İrəvanı dəyərlərdən, ənənələrdən və sərfəli iqtisadi əlaqələrdən əl çəkməyə aparır”, - məlumatda qeyd olunub.