AZ

TBİLİSİ MƏHKƏMƏSİ BİR SUTKADIR SEÇKİ SAXTAKARLIĞINI ARAŞDIRIR

Gürcüstandakı sonuncu parlament seçkisi qalmaqalı hələ də səngiməyib...

Tezadlar.az xatırladır ki, seçki məxfiliyinin pozulması işi üzrə, Tbilisi Apellyasiya Məhkəməsində seçki mübahisələrinə baxılması prosesi 18 saata yaxındır ki, davam edir. Belə ki, məsələyə monitorinq təşkilatlarının – Gənc Hüquqşünaslar Assosiasiyasının və “Mənim səsim” koalisiyasının hakimlər kollegiyası baxır. Ümumilikdə 41 rayonda aşkar edilmiş qanun pozuntuları ilə bağlı şikayətlərə baxılır. Məhkəmə iclasında eksperiment də aparılıb və məlum olub ki, səsvermənin gizliliyi pozulub. Lakin eksperiment zamanı kağızın arxa tərəfində rəngli qara dairənin göründüyünü hakim Dimitri Qvritişvili etiraf etməyib.

Məhkəmə araşdırması isə davam edir.

Ötən gün isə ölkə prezidenti müxalifət rəhbərləri ilə görüşərək bu məsələləri müzakirə edib. Ölkədə hakimiyyətdəki ikitirəlik də davam etməkdədir...

A.Məmmədli

Seçilən
8
tezadlar.az

1Mənbələr